Şəbəkə həlləri Mərkəzinin (ŞHM) mütəxəssisləri tərəfindən həyata keçirilən layihələrin fərqli xüsusiyyəti onların kompleksliyi və mürəkkəbliyidir: layihələr əksər hallarda müxtəlif növ çoxvendorlu sistemlərin və həllərin inteqrasiyası ilə bağlı olur. Bu zaman söhbət yalnız şəbəkə həllərindən getmir – şəbəkə və infrastruktur komponentlərin, biznes-əlavələrin (CRM, ERP və s.), multimediya xidmətlərinin (səsli və video məlumatların ötürülməsi), şəbəkə və informasiya təhlükəsizliyi komplekslərinin və s. ümumi inteqrasiyası aparılır.

Mərkəzin mütəxəssisləri hər bir konkret vəzifənin həllinə fərdi yanaşırlar və sahənin aparıcı istehsalçılarının məhsullarından istifadə e dərək, müştərilərə optimal həllər təklif edirlər. Beləliklə də, korporativ müştərinin kiçik LHŞ –dən tutmuş rabitə operatorunun şəhərlər arası/beynəlxalq şəbəkəsinə qədər , demək olar ki, istənilən miqyasda və mürəkkəblikdə məsələnin həlli mümkün olur.

Bugünki gün şəbəkə həlləri Mərkəzində 60 yaxın şəbəkə mühəndisi və layihə meneceri işləyir. ŞHM əməkdaşlarının sərəncamında təklif olunan həllərin nümayişi, həmçinin problemli vəziyyətlərin modelləşdirilməsi üçün özəl laboratoriyalar var.

Korporativ müştərilər üçün həllər

Mərkəz , şəbəkə həllərinin geniş spektrini təklif edir:

Məlumatların Emalı Mərkəzləri üçün şəbəkə və mühəndis infrastrukturu: