İT-nin biznes yönümlü idarəetmə prinsipləri və İT xidmətlərinin fəaliyyətinin biznesin məqsəd və prioritetlərində cəmləşməsi şirkət həllərinin əsasını təşkil edir

İnformasiya texnologiyalarının idarə edilməsi üzrə fəaliyyətin təşkili və avtomatlaşdırılması

Şirkət İT idarə edilməsinin təşkili sahəsində mürəkkəb layihələrin yerinə yetirilməsi üzrə ixtisaslaşıb. Hazırlıq proseslərinin idarəetmə sistemlərinin qurulması, informasiya texnologiyalarının tətbiqi və istismarı üçün sahə metodikaları və standartlarının (ITIL, CobIT) praktiki istifadəsi üzrə təcrübə toplanmışdır, o cümlədən:

Şirkətin konsaltinq xidmətləri idarəetmə sisteminin tətbiqinin həyat silsiləsinin bütün mərhələlərini əhatə edir:

İT idarəetmə sisteminin inkişaf strategiyasının hazırlanması, konseptual layihələndirmə, avtomatlaşdırma sistemlərinin hazırlanması və tətbiqi (əsas tərəfdaşlar - Hewlett-Packard, BMC Software), təlim və müşayiət.

İdarəetmə funksiyalarının avtomatlaşdırılması sahəsində şirkətin əsas xarakteristikaları – yüksəkixtisaslı mütəxəssislərin olması və əvvəlki layihələrdən əldə edilən təcrübəni cəmləşdirmək bacarığı. Biz alternativ yanaşma və həllər təklif edirik:

Şirkət idarəetmə sistemlərinin effektiv istifadəsi və inkişafı üçün müştərilərlə uzunmüddətli əməkdaşlıq edir:

Bu cür xidmətlərin daimi əsaslarla mini-layihələr şəklində göstərilmə metodikaları hazırlanmışdır (ənənəvi xidmət və ya autsorsinq).

Tətbiqi sistemlərin və İT-ifrastrukturun idarə edilməsi

Şirkət tətbiqi sistemlərin və İT infrastrukturun monitorinqi və idarə edilməsi üzrə avtomatlaşdırılmış sistemlərin tətbiqi sahəsində 10 ildən artıq təcrübəyə malikdir. Bu cür sistemləri müştərilərin meydançalarında tətbiq etməklə bərabər, şirkət onları öz gündəlik işində də istifadə edir. Məsələn, monitorinq vasitələri Servis Mərkəzi tərəfindən daxili və xarici müştərilərə xidmət göstərmək üçün istifadə edilir.

Monitorinqin təşkili sahəsində həll və xidmət portfeli zəngin təcrübə və müştərilərin tələbatlarının dərindən qavranması üzərində qurulub və bura daxildir:

Layihələr həyata keçirilərkən nəzarət olunan tətbiqi sistemlərin və İT-infrastruktur obyektlərinin «sağlamlıq» modellərinin tədqiqinə xüsusi diqqət yetiririk. Müxtəlif bölmə mütəxəssislərinin səriştəsindən istifadə olunur: bir tərəfdən idarəetmə və monitorinq sistemlərinin tətbiqi prosesində əldə edilmiş təcrübə, digər tərəfdən isə Servis mərkəzinin mütəxəssislərinin istismar təcrübəsi.